Cəlilabadda qədim məzarlıq tapıldı (FOTO)

Cəlilabadda qədim məzarlıq tapıldı (FOTO)
Cəlilabad rayonunda qədim məzarlıq aşkar edilib.

Ann.az "Report"a istinadən xəbər verir ki, məzarlıq rayonun Çəmənli kəndi ərazisində arxeoloji qazıntılar zamanı üzə çıxıb.

Qazıntıları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları aparıblar.

Məzarlıq eradan əvvəl yaşayış sahəsi kimi nəzərdə tutulmuş ərazidə tapılıb. Qəbirlər üzü şərqə basdırılmış formadadır.

Hazırda ərazidə qazıntı işləri davam etdirilir.



www.ann.az

Partners' news

Latest