Bakı Heyvanat Parkındakı canlıları gözləyən təhlükə - FOTOLAR

Bakı Heyvanat Parkındakı canlıları gözləyən təhlükə - FOTOLAR
Bu barədə çox yazılıb, buradakı problemlərlə bağlı dəfələrlə danışılıb. Amma nəticəsi nə olub?

İndiyə qədər ayrı-ayrı mətbuat orqanı Bakı Heyvanat Parkından reportajlar hazırlayıb və burada saxlanılan heyvanların durumunun acınacaqlı olduğunu ictimaiyyətin diqqətinə çatdırıb. Amma çox təəssüf ki, ANN.Az xəbər portalının fotoreportyoru burada olarkən durumun heç də düzəlmədiyinin, heyvanların natəmiz yerlərdə saxlandığının, onlara lazımi dərəcədə qayğı göstərilmədiyinin şahidi olub. Fotolardan da göründüyü kimi, parkda kifayət qədər müxtəlif heyvanlar var. Elə onlara tamaşa edən adamların - həm böyük, həm də kiçik yaşlı uşaqların da sayı az deyildi. Buna baxmayaraq, parkın ziyarətçiləri kəskin qoxudan şikayət edirdilər.

ANN.Az-ın fotoreportyoru parkda olarkən maraqlı faktla qarşılaşıb. Akvariumdakı balıqların həyatlarının necə bir təhlükə ilə üzləşdiyini görüb. Çünki akvariumlar çatlaq vəziyyətdə imiş. O, bunun səbəbini parkın əməkdaşlarından birindən soruşub. Özünü təqdim etməyən park işçisi belə bir izahat verib ki, parkın altından metro xətti keçdiyinə və hər dəfə qatarların hərəkətindən sonra akvariumlar çat verir. Bu izahatın nə dərəcədə doğru olduğuna əlaqədar təşkilatlar açıqlama verməlidir.

Bütün bunlara baxmayaraq, vəhşi təbiəti dəmir hasar arxasından izləməyin marağı başqadır. Şəkillərdən birində ANN.Az oxucuları nəhəng ilanın ovuna çevrilən dovşanı necə udduğunu görə bilərlər.

ANN.Az Bakı Heyvanat Parkından hazırlanan fotosessiyanı oxuculara təqdim edir.

Fotoların müəllifi Fərqanə Novruzovadır.


 
 
 



























































































www.ann.az

Xəbər lenti