Ziyafət Əsgərov Ermənistandakı Rusiya bazasından danışdı

Ziyafət Əsgərov Ermənistandakı Rusiya bazasından danışdı
"Dağlıq Qarabağ torpaqları tarixən Azərbaycan ərazisidir. Azərbaycan günün birində öz ərazisini işğalçılardan təmizləməyə qalxsa və bu məqsədlə öz ordusundan istifadə etsə, bu prosesə 102-ci ordunun qarışması üçün daxili və ya beynəlxalq hüquqi əsas yoxdur”.APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov Ermənistandakı 102-ci hərbi bazanın komandanı Andrey Ruzinskinin Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlar keçirsə, Rusiya hərbi bazasının müdaxilə edə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Z. Əsgərov hesab edir ki, bunların hamısı təxribat xarakterli bəyanatlar və məlumatlardır: "Ona görə də mən bunları ciddi bəyanat kimi qəbul etmirəm”.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti