Ziya Məmmədovdan ciddi tapşırıq

Ziya Məmmədovdan ciddi tapşırıq

Bu gün Azərbaycanın Nəqliyyat Nazirliyində müşavirə keçirilib və nəqliyyat naziri müfəttişlərin qanunsuz əməllərinin qarşısının alınmasını tapşırıb.Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun sədrliyi keçirilən müşavirədə sərnişin və yük daşınmaları sahəsində mövcud vəziyyət müzakirə edilib. Z.Məmmədov bu sahəyə ciddi nəzarət edilməsi, daşıyıcılara xəbərdarlıq edilməsi barədə tapşırıqlar verib. O, lisenziyasız fəaliyyət göstərənlərə qarşı tədbirlərin görülməsi, avtobus və taksi parkının yenilənməsi, müfəttişlərin qanunsuz əməllərinin qarşısının alınmasını tapşırıb.Həmçinin nazir ehtiyat sürücü bazasının yaradılması, elektron ödəmələrin tətbiqi, avtobusların qrafiklərə uyğun hərəkətinin təmin edilməsi, sərnişinlərin təhlükəsizliyi və digər məsələlərlə bağlı mövcud olan nöqsanların aradan qaldırılması və bu istiqamətdə yeni standartların tətbiqi ilə bağlı ciddi göstərişlər verib. ANN.Az 

Xəbər lenti