Zirvələrin fəthi: Laza kəndi - FOTOLAR

Zirvələrin fəthi: Laza kəndi - FOTOLAR
Rüstəm QasımovÖlkəmizin hər bir regionu özünəməxsus xüsusiyyətlərə malik olması sayəsində  təkrarolunmazlığı və unikallığı ilə seçilir. Belə regionlardan biri də Qusardır. Buranın yaşıllıqları və dağlıq landşaftları insan gözünü ovsunlayır. Regionda çoxlu kənd var və onlardan birinə bu gün yola düşəcəyik. Bizim səfərimizin hədəfi yüksəklikdə yerləşən dağ kəndi Lazadır, ora gedən yol əsl ekstrimdir.Səfər ərəfəsi bütün günü dolu yağmasına baxmayaraq, biz yenə də yola düşməyə qərar verdik, hərçənd hava proqnozu arzuedilməz idi. Azərbaycanın Quba, Qusar və Xaçmaz kimi şimal rayonları il boyunca sərin havası və rütubətli iqlimi ilə fərqlənir, burada hətta yayda da daha çox sərin olur, nəinki bizim paytaxtımızda. Beləliklə, getdik.Quba rayonuna çatdıqdan sonra, biz orta əsrlər üslubunda tikilmiş və döyüşçülər tərəfindən mühafizə olunan kiçik istehkamın yanında dayandıq. Elə buradaca yerli toy korteji ilə qarşılaşdıq. Kişilər, qadınlar və uşaqlar maşınlardan çıxdılar və düz avtomobillərin kapotlarına yeməkləri qoydular. Onlardan bəziləri müdafiə qalasının fonunda kiçik fotosessiyalar təşkil etdilər. Hətta addımlayan hərbi kolon uca siqnallarla korteji salamladı, axı toy – bu, əsl bayramdır. Müxtəlif tərəflərdən qalanın şəklini doyunca çəkib, yolumuza davam etdik."Şahdağ" dağ-xizək kurortuna çatdıqdan sonra, bizim irəliləyişimiz ağırlaşmağa başladı. Güclü duman bizim yolumuzda ən böyük maneə oldu. Duman o qədər güclü oldu ki, biz duman faralarını qoşmalı olduq və çox yavaş-yavaş hərəkət etdik ki, təsadüfən uçuruma yuvarlanmayaq və ya yük maşınlarıyla toqquşmayaq, pis havaya baxmayaraq, yük maşınları tez-tez yolun müxtəlif hissələrində gözə dəyirdilər. "Şahdağ"dan sonra adi qrunt yol daha da pisləşdi, gecə yağışı isə onu kifayət qədər sürüşkən etmişdi.Nəhayət, Laza yazısı olan lövhəciyi gördük, deməli, istədiyimiz yerə gəlib çatmişdıq. Laza kəndi alçaqlıqda yerləşdiyindən və bitkilərlə, ağaclarla örtülü böyük dağ silsilələri ilə əhatələndiyindən duman ora hələ çatmamışdı.Özümüzlə götürdüyümüz yun sviterlərin elə əsl yeri idi, çünki burada payız yox, qış havası hökm sürürdü. Suyun səpələnmiş damcılarıyla hopdurulmuş hava dağ bülluru kimi tərtəmiz idi. Bu hava ilə nəfəs almaq adama həzz verirdi. Biz vaxt itirmədən zirvəyə qalxmağa başladıq. Əvvəlcə getmək asan idi, amma yoxuşa doğru hər yeni addım çətinləşirdi. Hətta Laza kəndini də yavaş-yavaş dumanın bürüməsi diqqətimi çəkmədi.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti