Zinəddin Zidan: "Bu oyun iyrənc idi"

Zinəddin Zidan: "Bu oyun iyrənc idi"

Zinəddin Zidan:
"Biz oyuna nəzarət edirdik, xüsusilə də, birinci hissədə. İkinci hissədə ikinci qolu vurduq və qələbəyə aparan nəticəni qoruyub saxlamalı idik, lakin bunu etmədik və iki xal itirdik. Bu o deməkdi ki, biz daha çox işləməliyik, lakin bütün bunlar məni narahat edir. Rəqibin qapıya yaxınlaşmaq üçün 4 fürsəti oldu və onlardan ikisini istifadə etdi".

Ann.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqanın XXII turunda "Levante" ilə keçirilən oyundan (2:2) sonra deyib. Fransalı mütəxəssis oyunu "iyrənc" adlandırıb.

"Mən həmişə deyəcəyəm ki, La Liqada hələ heç nə bitməyib. Hələ çox xallar oynanılacaq, biz oyuna nəzarət etdiyimiz halda, iki xal itirdik. Ardıcıl üçüncü qələbəni qazanmalı idik, amma bu alınmadı. Bu oyunu bir sözlə necə ifadə edə bilərəm? İyrənc" deyə Zidan əlavə edib.

www.ann.az

Xəbər lenti