Zəngilanda düşmənin istehkamları yarılaraq azad edilən kəndlər (VİDEO)

Zəngilanda düşmənin istehkamları yarılaraq azad edilən kəndlər (VİDEO)
"Report"un çəkiliş qrupu Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə 27 ildən sonra erməni işğalçılarından azad olunan Zəngilan rayonunda olublar.

Bir məqamı diqqətinizə çatdıraq ki, 44 günlük müharibədə məhz Zəngilan ən sürətli hücumla azad olunan rayonmuz kimi tarixə yazıldı. Belə ki, Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edilib, o cümlədən 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirilib. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu Dövlət Bayrağımız sancılıb, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad edilib.

Sərhədçilərin istər Ağ kənd və Qazançı sərhəd döyüş məntəqələrindəki xidmət şəraiti ilə tanışlıqdan sonra Ermənistan silahlı qüvvələrinin Zəngilanda qurduqları və Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş istehkam xətlərinə baş çəkdik.

Ermənistan silahlı qüvvələri rayonun Qaragöl kəndi istiqamətində təxminən 2-3 metr dərinliyində xəndəklər və mühəndis-istehkam qurğuları qurmuşdular. Lakin bütün bunlara baxmayaraq, müzəffər Azərbaycan Ordusu bu maneələri dəf edərək düşməni darmadağın edərək, onları geri çəkilməyə məcbur etdi.

Yolumuz Qarqulu kəndinə də düşdü. Burda bir dənə də olsun salamat bina qalmamışdı. Diqqətimizi çəkən bu oldu ki, kərpiclə tikilən evlər Ermənistanın işğalçı qüvvələri tərəfindən yerlə yeksan və talan edilmişdi. Salamat qalan isə çay daşlarından tikilən evlərin yalnız divarları idi.

Daha sonra geri - rayonun Məlikli kəndinə getdik. 2 günlük Zəngilan səfərindən böyük ümidlərlə ayrıldıq. Sözsüz ki, zəngilanlının doğma ata yurduna geri dönməsi gec olmayacaq. Ümumiyyətlə, bir daha şahidi olduq ki, Azərbaycan sərhədçisi soyuq-borana baxmadan işğaldan azad olunmuş sərhədlərimizdə qürurla, rəşadətlə dayanıb. Çünki Azərbaycan oğlu müzəffər Ordunun qalib əsgəridir.



www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti