Zəngəzur rayonunda ermənilər 8 kilometr geri çəkildi

Zəngəzur rayonunda ermənilər 8 kilometr geri çəkildi
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsindən sonra Sünik (keçmiş Zəngəzur) vilayətinin erməni Kornidzor kəndi sərhədyanı olub. Kənd başçısının müavini Arkadi Xaçatryan bildirib ki, kənd indi sərhəddən 400 metr, erməni mövqeləri isə kənddən 200 metr məsafədədir.

Virtualaz.org bildirir ki, bu barədə news.am məlumat yayıb.

"Biz çox irəlidə idik və ilk gündən 8 km geri çəkildik. Nə edə bilərdik, dövlət sərhədi bu hissədən keçir... Bu, həyat yoludur, bu, bizim həyatımızın yoludur", - deyə Xaçatryan şikayətlənib.

Onun sözlərinə görə, kəndin mövqeyi yerli sakinlərdən ibarət dəstə tərəfindən tutulub. "...Keçən ayın 20-dən bəri mövqelərimizi müdafiə edirik... Kəndimizi qoruyuruq" deyir Xaçatryan, kimdən müdafiə olunduqlarını və ümumiyyətlə, kimin onlara hücum edəcəyini açıqlamadan.

Otlaq və əkin sahələrdən danışarkən Xaçatryan bildirib ki, onların böyük hissəsi artıq sərhədin o biri tərəfindədir və "kənd təsərrüfatının profilini dəyişdirmək, istixana təsərrüfatı, intensiv heyvandarlıqla məşğul olmaq lazımdır".


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti