Zəlzələdən zərər çəkənlərə nə qədər pul veriləcək? (MƏBLƏĞ)

Zəlzələdən zərər çəkənlərə nə qədər pul veriləcək? (MƏBLƏĞ)
"Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri gələn həftədən etibarən verilməyə başlanacaq".

Ann.az xəbər verir ki, bunu "AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov deyib.

Sədr bildirib ki, hər sığorta halı üçün minimum sığorta ödənişi 1-1,5 min manat, maksimum məbləğ 30 min manat təşkil edəcək. Onun sözlərinə görə, hazırda şirkətə müraciətlərin sayı 70-i keçib.

www.ann.az

Xəbər lenti