Zəhra Bağırzadə ailəsi ilə (FOTO/VİDEO)

Zəhra Bağırzadə ailəsi ilə (FOTO/VİDEO)
İki gün əvvəl itkin düşmüş və bu gün tapılmış 3 yaşlı Zəhra Bağırzadə ailəsinə təhvil verilib.

APA-nın məlumatına görə, uşaq yaşadığı evə gətirilib.

Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb. Uşaq bu gün tapılıb.

Zəhranın qaçırılması ilə bağlı bir nəfər saxlanılıb. Saxlanılan şəxs Masallı rayonundan olan qadındır.

Hazırda o, polis bölməsində dindirilir və digər istintaq hərəkətləri aparılır. Faktla bağlı araşdırma davam etdirilir.

"Polis əməkdaşlarına və mediaya təşəkkür edirəm”. Bunu Zəhranın atası Rəsul Bağırzadə deyib.

Ata qızının tapılmasına zhməti olanlardan hallalıq istəyib: "Bayram günü Allah balamı mənə qaytardı. Qızımın tapılmasında kimin əziyyəti varsa, halal etsin. Azərbaycan polisinə yüz faiz güvənmək olar. Eləcə də, mətbuat işçiləri çox əziyyət çəkdilər”.

R. Bağırzadə Zəhranı polis əməkdaşlarının tapdığını deyib: "Çox güman ki, qaraçılar qaçırıb uşağı. Hazırda istintaq gedir. Nəticə barədə məlumat veriləcək”.

Uşağın anası Cəmilə Bağırzadə də hamıya təşəkkür edib: "Allah hamıdan razı olsun. Allahıma min şükürlər olsun ki, balam tapıldı”.
 








www.ann.az

Xəbər lenti