Zaqatalada 6 bal gücündə zəlzələ olub (YENİLƏNİB)

Zaqatalada 6 bal gücündə zəlzələ olub (YENİLƏNİB)
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələ barədə növbəti məlumat yayıb.

RSXM-dan Ann.az-a verilən xəbərdə bildirilir ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

11.50

Zaqatalada 4,9 ballıq zəlzələ olub. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Ann.az-a bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.

Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ hiss olunub.
 

Xəbər lenti