Zakir Qaralov yeni idarə rəisi təyin etdi

Zakir Qaralov yeni idarə rəisi təyin etdi
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində kadr dəyişikliyi olub.

Ann.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, Məmmədov Ceyhun Fəxrəddin oğlu qurumun Əməliyyat İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Əməliyyat İdarəsinin rəisi Mürsəliyev Emin Ramiz oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

www.ann.az

Xəbər lenti