Zakir Həsənovun Türkiyəyə səfəri başladı (VİDEO)

Zakir Həsənovun Türkiyəyə səfəri başladı (VİDEO)
zərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyədə səfərdədir.

Ann.az "Haber Global” telekanalına istinadən xəbər verir ki, Azərbaycan hərbi nümayəndə heyəti bu gün səhər saatlarında "Anıtqəbir” memorialını ziyarət edib, Mustafa Kamal Atatürkün mavzoleyinə əklil dəstəsi qoyub.

Daha sonra Z.Həsənov xatirə kitabına ürək sözlərini yazıb: "Atatürkün xatirəsini hər zaman qəlbimizdə yad edirik. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı!”.

Bundan sonra Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında görüş başlayıb. Görüşdə iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlıqla yanaşı, regional məsələlər də müzakirə ediləcək.

<iframe style="width:100%;height:100%;position:absolute;left:0px;top:0px;overflow:hidden" frameborder="0" type="text/html" src="https://www.dailymotion.com/embed/video/x87gnbm?autoplay=1" width="100%" height="100%" allowfullscreen="" allow="autoplay"> </iframe>

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti