Zahid Qaralov: Azərbaycandan heç zaman nazir cinsi azlıq olmayacaq

Zahid Qaralov: Azərbaycandan heç zaman nazir cinsi azlıq olmayacaq
“Ölkəmizə 2 kişi ər-arvad kimi gəlsə, onlara necə lazımdırsa xidmət edərik”.Avropa İttifaqı özünün milli dəyəri hesab etdiyi cinsi azlıqları Azərbaycanda təbliğ edir.ANN.Az Publika.Az-a istinadən xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, professor Zahid Qaralov bildirib.Bu cür addımları qətiyyətlə pislədiyini vurğulayan deputat Z.Qaralov deyib: “Mən bəzən həqiqi söz deyən zaman bu bir çoxunu qıcıqlandırır. Amma yenə öz fikirlərimi deyəcəyəm. Azərbaycan Avropa Şurasına üzv qəbul olunan zaman müəyyən öhdəliklər götürüb. Həmin sənədləri də mərhum ulu öndər Heydər Əliyev imzalayıb və Milli Məclis də təsdiq edib.Mən deputat olan vaxtı Avropa Şurasının bir qrup nümayəndəsi Milli Məclisdə görüş keçirirdi. Həmin görüş zamanı avropalı nümayəndələr bizə təklif etdilər ki, Azərbaycan Avropa Şurasına üzv olduğu üçün Avropa dəyərlərinə, o cümlədən cinsi azlıqlarla bağlı məsələlərə əməl etməlidir. Hətta, onlar bizə sual verdi ki, əgər siz geylərin azadlığının təmin olunması məsələsi ilə bağlı müvafiq qanun qəbul etməsəniz, o zaman misal üçün Avropadan 2 nəfər kişi Azərbaycana gələndə hava limanında özlərini ər-arvad kimi təqdim etsələr, o zaman Azərbaycanda buna necə baxarlar? Mən isə onlara dedim ki, o sizin insan haqların dair hesab etdiyiniz öz dəyərlərinizdir və bunu özünüz bilərsiz.Ona görə də biz sizin hər ikinizi qəbul edib ən yaxşı mehmanxanalarda yerləşdirərik, sizə necə lazımdırsa xidmət edərik və buna da heç vaxt açıq şəkildə pis münasibət bəsləmərik. Çünki bizim üçün qonaq qonaqdır və ləyaqətlə də yola salarıq. Amma mən sizi tam əmin edirəm ki, Azərbaycandan heç zaman deputat, nazir və digər rəsmi dövlət adamı cinsi azlıqların nümayəndəsi olmayacaq. Əgər Avropaya gedəcəksə, o zaman öz xanımı ilə gedəcək. Bu Azərbaycanda əbədi belə olacaq”.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti