Zabit Səmədov karyerasını başa vurur (VİDEO)

Zabit Səmədov karyerasını başa vurur (VİDEO)
Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov karyerasını başa vurmaq üzrədir. 

"Mauqli" ləqəbli idmançı bu haqda "Беларусь 5" (Belarus 5) kanalına müsahibəsində deyib. 

Jurnalistin "Karyeranızı niyə başa vurursunuz?" sualını Zabit Səmədov belə cavablandırıb: 

"Mən bu günə kimi çox döyüşlər keçirmişəm və artıq həyatımda başqa maraqlar yaranıb. Tezliklə Azərbaycanda şəxsi klubumu açacağam. Orada döyüşçülər yetişəcək. Mən isə klubumun meneceri olacağam və başqa işlərlə məşğul olacağam. Bundan sonra bir, uzağı iki görüş keçirib karyerama son qoyacağam". (baku.ws)


www.ann.az

Xəbər lenti