“Yunus Əmrə - Eşqin səsi” – TƏQDİMAT + FOTO

“Yunus Əmrə - Eşqin səsi” – TƏQDİMAT + FOTO
Nizami Kino Mərkəzində “Yunus Əmrə -Eşqin səsi” türk filminin Qala gecəsi keçirilib. ANN.Az-ın məlumatına görə, filmin çəkilişi Yunus Əmrənin məmləkəti olan Əskişəhərin "2013-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı" layihəsi çərçivəsində reallaşıb. Ekran əsəri yüzillikləri aşan fikirləri ilə tarixin önəmli mütəfəkkiri kimi qəbul edilmiş Yunus Əmrənin həyatından bəhs edir. Üç ilə çəkilən bu film Anadolunun dörd mövsümünün rənglərini əks etdirir. Bir çox məşhurın iştirak etdiyi filmin rejissoru Kürşat Kızbazdır. Yunus Əmrə obrazını əvvəllər də tarixi şəxsiyyətlərin obrazını yaratmış aktyor Devrim Evin canlandırıb. 

Qala-gecəyə filmin ssenari müəllifi və rejissoru Kürşat Kızbaz, aktyorlar Devrin Emin, Altan Gördüm, Türkiyənin Azərbaycandakı səfirliyinin və  Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları qatılıblar.

SeymurANN.Az

Xəbər lenti