Yunanıstana keçmək istəyən azərbaycanlı miqrantlar saxlanıldı

Yunanıstana keçmək istəyən azərbaycanlı miqrantlar saxlanıldı
Türkiyədən Yunanıstana keçmək istəyən azərbaycanlı miqrantlar saxlanılıb.

Ann.az DHA-ya istinadən xəbər verir ki, hadisə Ədirnə şəhərinin Enez rayonunda baş verib.

Məlumata görə, iki rezin qayıqda Yunanıstana keçməyə çalışan 73 miqrant saxlanılıb. Onların arasında Əfqanıstan, İran və Azərbaycan vətəndaşları var. Saxlanılan miqrantlardan 15-i uşaq, 17-si qadın, 41-i isə kişidir. 

Yaxalanan şəxslər Ədirnə Miqrasiya İdarəsinə təhvil verilib.


www.ann.az

Xəbər lenti