Yüksək vəzifəli Qarabağ müharibəsi əlili: “Müharibə başlayanda çox sevindim” (VİDEO)

Yüksək vəzifəli Qarabağ müharibəsi əlili: “Müharibə başlayanda çox sevindim” (VİDEO)
Natiq Dünyamalıyev I Qarabağ müharibəsi zamanı Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun tərkibində Suqovşan-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Qaynarinfo xəbər verir ki, o, ermənilərin təxribatı nəticəsində düşmənin snaper gülləsinə tuş gəlib, ayağından yaralanıb və 4 ay xəstəxanada müalicə almalı olub.

Yarası ağır olduğundan Natiq Dünyamaliyev bir daha döyüşlərə qatıla bilməyib və "I Qarabağ müharibəsi” əlili statusunu alıb.

Veteran döyüşçü hazırda Azərbaycanın ən iri özəl biznes şəbəkələrindən biri - Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "XONÇA” şirniyyat evində Ketrinq İstehsalatın Şöbə müdiri vəzifəsində çalışır və işindən də çox razıdır. 

Qarabağ müharibəsi qazisi Natiq Dünyamalıyevlə bağlı hazırladığımız videomaterialı təqdim edirik:


Hazırda Veysəloğlu Şirkətlər Qrupunda I və II Qarabağ müharibəsində iştirak etmiş yüzlərlə əməkdaş çalışır. Şirkətlər Qrupu I Qarabağ savaşında iştirak etmiş 27 veteran döyüşçüyə, eləcə də bir neçə şəhid ailəsinə hər ay mütəmadi maddi yardım ayırır.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti