Yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, əksər rayonlarda yağış, Naxçıvan MR, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb.

Nazirlikdən Ann.az-a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 sm-ə çatıb.

Havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta təşkil edib.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti