Yol tikintisinə 5,6 milyon ayrıldı

Yol tikintisinə 5,6 milyon ayrıldı
Prezident İlham Əliyev Xəzər rayonunun Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ann.az xəbər verir ki, dövlət başçısı 55 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5,6 milyon manat ayırıb.

www.ann.az

Xəbər lenti