Yol tikintisinə 21,3 milyon manat ayrıldı

Yol tikintisinə 21,3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Goranboy rayonunun Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ann.az xəbər verir ki, dövlət başçısı 32 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.

www.ann.az

Xəbər lenti