Yol polisi Azərbaycan yığmasının velosipedçilərini saxladı (FOTO/VİDEO)

Yol polisi Azərbaycan yığmasının velosipedçilərini saxladı (FOTO/VİDEO)

Yol polisi Azərbaycan yığmasının velosipedçilərini saxladı (FOTO/VİDEO)
Azərbaycan yığmasının və Synergy Baku klubunun velosipedçiləri bu səhər aeroport yolundakı trasda məşq zamanı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Ann.az xəbər verir ki, idmançılar və onları müşayiət edən avtomobili Qala qəsəbəsindəki 12 nömrəli cərimə meydançasına göndərilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, velosipedçilər həmişə lazımi təhlükəsizlik tələblərinə riayət edir və yol hərəkəti qaydalarını pozmurlar.

"Məlumat üçün bildirmək istəyirəm ki, məşq prosesləri zamanı velosipedçilər və məşqçilər tərəfindən təhlükəsizlik qaydalarına hər zaman tam riayət olunur və mütləq şəkildə idmançıları federasiyanın avtomobilləri müşayiət edir. Bundan başqa, qrup şəklində məşqə çıxan velosipedçilər hər zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun bütün tələblərinə riayət edirlər.

Artıq bir neçə ildir ki, velosipedçilərimiz məşq prosesini məhz bu cür keçirlər və onların kütləvi şəkildə YPX tərəfindən cərimə meydançasına aparılması ilk dəfədir ki baş verir. Bilmirsən güləsən, yoxsa ağlayasan?" deyə federasiyanın mətbuat xidmətinin rəhbəri Pərviz Musayev bildirib.


 
 
 




www.ann.az

Xəbər lenti