Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı yeni saytlar yaradılacaq

Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı yeni saytlar yaradılacaq
Yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı televiziya və radio verilişlərinin, sosial şəbəkə materiallarının və digər sosial reklamların, habelə nəşrlərin hazırlanması və yayılması, kütləvi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, velosipedçilərin, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə barədə maarifləndirilməsi, belə vasitələrdən istifadə ilə bağlı təbliğat-təşviqat işinin aparılması, həmçinin televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən və ya digər şəkildə açıqlanması nəzərdə tutulan əsərlərin hazırlanması zamanı yol hərəkəti təhlükəsizliyinin təbliği nəzərə alınacaq.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

İnternet resurslarından aktiv və səmərəli istifadə edilməsi, bu sahədə mövcud imkanlardan yararlanması, gənc nəslin maraqlarını nəzərə almaqla təbliğat xarakterli yeni internet səhifələrinin yaradılması, yol hərəkəti təhlükəsizliyi sahəsində virtual məkanda baş verən prosesləri izləməklə antitəbliğat xarakterli informasiyaların yayılmasının qarşısının alınması üçün təşkilati-hüquqi vasitələrdən istifadə edilməsi nəzərdə tutulub. 

Bununla bağlı icraçı qurum kimi müəyyənləşən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Bakı Nəqliyyat Agentliyi (BNA) mütəmadi olaraq iş aparacaq. 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti