Yerüstü çaylar Binəqədiyə axır... (FOTO/VİDEO)

02 Aprel 2019, 12:29
02 Aprel
2019
12:29
1790
Bakıda yerüstü çaylar axan qəsəbə var. Həmin yer çox da uzaqda deyil, Binəqədi rayonunun eyni adlı qəsəbəsində...
Eşitdiyimiz zaman inanmasaq da, gedib gözlərimizlə gördük.
Qəsəbənin 3-cü mədən, 124-cü korpusda yaşayan məhəllə sakinləri "Qafqazinfo”ya müraciət edərək bu çayın yaranma tarixçəsini danışmaq istədiklərini bildirdilər.
Çayın mənbəyi yaşayış evləridir. 20 ilə yaxındır burada yaşayan qocaman Rüstəm Nəcəfov deyir ki, əslində əvvəl burada çay yox, göl olub. Sonra Binəqədi Rayon İcra Hakimiyyəti həmin gölü rayonun digər qəsəbələrinin zibili hesabına qurudub. İnsafən, göl tam qurudulmayıb, yerində fərqli su axını yaradılıb.
Göl olan vaxtlarda sakinlər kanalizasiya sularını ora axıdırmış, lakin indi onun yerində qalan kiçik çay qolları 2 minə yaxın evin tullantısına tab gətirə bilmir.
"Azərsu” ərazini su ilə təmin etsə də, o suyun keçdiyi müəyyən prosesdən sonra axıdılmasını nəzərə almayıb. Sakinlərin sözlərinə görə, kanalizasiya xətləri olmasa da, kanalizasiya pulu ödəyirlər. Nə vaxtsa bu xəttin olacağı ümidi ilə...
Ağbirçək Lida Spirina acizanə şəkildə kanalizasiya sualarının və zibil tullantılarının qoxusundan cana gəldiklərini, ən azından uşaqlara görə bu problemin həll edilməsini istədiklərini deyir.
Yağış yağanda kanalizasiya daşıb evlərə dolur, yağmayanda da zibilin iyi evlərə dolur. Bütün hallarda onlar bu bəladan heç cür xilas ola bilmirlər. Bu vətəndaşların evlərinin qarşısı Binəqədinin zibilxanasına çevrilib. İddiaya görə, müvafiq qurum "Təmiz şəhər”ə olan borcunu ödəyə bilmədiyi üçün digər ərazilərin zibillərini də gətirib bura tökür.
Sakinlərdən hər ay üçün 3-4 manat zibil pulu yığılsa da, zibil qutuları da quraşdırılmayıb. Sakin İsa Həsənov bildirir ki, hər bir şəxs evdən çıxanda zibil "kulyok”larını da götürüb özü ilə aparır, ərazidən təxminən 1 kilometr uzaqlıqda, harda zibil qutusu görsələr, ora atırlar.
Artıq illərdir zibil və kanalizasiya tullantıları ilə qoyun-qoyuna yaşayan sakinlərdə belə bir ümid var idi ki, nə vaxtsa bu yerdə park, poliklinika və məktəb salınacaq. Çünki bu vədi onlara keçmiş başçı Xaləddin İsgəndərov veribmiş. Lakin son günlər eşitdikləri bir xəbər onların ümidini puç edə bilər. Belə ki, artıq doldurulmuş gölün yerinin hissə-hissə bölünüb satışa çıxarıldığı deyilir. Bu da korpus sakinlərini narahat etməyə başlayıb.
Bu problemlərlə bağlı bir müddət öncə 51 sakin rəsmi qurumlara da müraciət ediblər, lakin hələ də onlara cavab verilməyib.
Mənbə: Qafqazinfo




www.ann.az
Xəbər lenti
-
10:23Qusarda "RUS AZERİ SPİRİTS” zavodu açıldı (FOTOLAR)
-
17:55Ermənistanla sərhəddə döyüş mövqelərimiz irəli çəkilib (RƏSMİ)
-
17:17İlham Əliyev Dövlət Komissiyasının tərkibini dəyişdi
-
17:16Xaçmazda yol tikintisinə 15,4 milyon manat ayrıldı
-
16:51Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı (TƏFƏRRÜAT)
-
15:25"İnsanlar sürət qatarlarına üstünlük versə, bu, Bakı-Sumqayıt yolundakı sıxlığı azaldacaq" (RƏY)
-
14:45Prezident tankerin istismara verilməsi mərasimində (FOTOLAR)
-
14:25Vilayət Eyvazov Novruz Məmmədovun oğluna vəzifə verdi
-
13:22Şənbə gününün hava proqnozu açıqlandı
-
12:34Abşerondan iddialı namizəd - Zahir Əzəmət artıq imzatoplama kampaniyasına başlayır
-
11:52ABŞ səfiri: "Senatın qətnaməsi Ağ Ev siyasətini əks etdirmir"
-
11:41Baş nazirdən hakimiyyət orqanlarına tapşırıq (SƏRƏNCAM)
-
11:23Türkiyədən ABŞ-a qondarma "erməni soyqırımı" etirazı
-
10:40ABŞ Senatı "erməni soyqırımı" haqda qətnaməni qəbul etdi
-
10:37Yanvarın 1-dən 50 AZN ödəməlisiz, əks halda 30 AZN cərimə olunacaqsız
-
21:44Şamaxıda Heydər Əliyevin anım günü qeyd olundu (FOTOLAR)
-
16:50Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə! (R)
-
16:29"Bakı Metropoliteni" bu gün yarım saat artıq işləyəcək
-
15:33Rusiya XİN-dən Dağlıq Qarabağ açıqlaması
-
13:31Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət etdi (FOTO/YENİLƏNIB)
-
13:22Weather forecast for tomorrow announced
-
13:21Sabah hava necə olacaq?
-
12:21Aparat rəhbərinin müavini: "Nazirlər Kabinetində islahatlar davam edir"
-
12:09Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
-
11:41Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə rəsmi münasibət
-
10:05İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım edib (FOTO)
-
10:01Mehriban Əliyeva: "Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm” (FOTO)
-
09:49"Qarabağ" Avroliqada son oyuna çıxır
-
09:28Heydər Əliyevin vəfatından 16 il ötür
-
16:58Neft Emalı Zavoduna yeni direktor təyin olundu (FOTO)
-
16:48Azercell-dən rəqəmsal Yeni İl kampaniyası! (R)
-
16:35İlham Əliyev Neftçalaya beş milyon manat ayırdı
-
13:59Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı açıqlama
-
12:49İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul etdi
-
12:45Sabahın hava proqnozu
-
11:42“EuroHome”da baş verən yanğınla bağlı cinayət işi başlanıldı
-
11:24Sabah Bakının bu yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
-
11:18YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
-
10:57Gürcüstandan Azərbaycana keçmək istəyən çobanın itləri sərhədçilərə hücum etdi
-
15:56Professor: "Üfüqi quyularla hasilatı bir neçə dəfə qaldıra bilərik" (RƏY)
-
15:12Bu tarixdən bütün pensiyalar 13-14% artacaq (RƏSMİ)
13 Dekabr 2019
12 Dekabr 2019
11 Dekabr 2019
10 Dekabr 2019
Digər xəbərlər
-
Cəmiyyət, Fotolar, Vİdeo, Qaynari.nfo
Yevda Abramov dəfn edildi (YENİLƏNİB/FOTO/VİDEO)
-
Cəmiyyət, Fotolar, Vİdeo, Qaynari.nfo
Masallıda 8 nəfərin öldüyü qəzanın görüntüləri yayıldı (FOTO/VİDEO)
-
Cəmiyyət, Fotolar, Vİdeo, Qaynari.nfo
Zəhra Bağırzadə ailəsi ilə (FOTO/VİDEO)
-
Cəmiyyət, Fotolar, Vİdeo, Qaynari.nfo
Bakıda 3 gün 3 gecə davam edən 5 milyon dollarlıq toy (FOTO/VİDEO)
-
Cəmiyyət, Fotolar, Vİdeo, Qaynari.nfo
DİN Bakıda cinayətkar şəbəkəni ifşa etdi (FOTO/VİDEO)
-
Cəmiyyət, Fotolar, Vİdeo, Qaynari.nfo
Bu kənddə 10 yaşdan yuxarı qızlar məktəbdən yayındırılır? (FOTO/VİDEO)
-
Cəmiyyət, Fotolar, Vİdeo, Qaynari.nfo
HHQ-nin aviasiya bazasının yeni komanda məntəqəsi istifadəyə verildi (FOTO/VİDEO)
-
Cəmiyyət, Fotolar, Vİdeo, Qaynari.nfo
Bakının mərkəzində nazirliyə məxsus bina yandı (FOTO/VİDEO/YENİLƏNİB)
-
Cəmiyyət, Fotolar, Vİdeo, Qaynari.nfo
Yerüstü çaylar Binəqədiyə axır... (FOTO/VİDEO)