“Yeni klinika”nın direktoru və baş həkimin tutulma anı - Əməliyyat videosu

“Yeni klinika”nın direktoru və baş həkimin tutulma anı - Əməliyyat videosu
"Yeni klinika” tibb müəssisənin direktoru Abbasov Pərviz Akif oğlu və Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun həbs edilməsi ilə bağlı videogörüntülər yayılıb.

Ann.az-ın xəbərinə görə, videogörüntülərdə həbs edilən hər iki şəxsin rüşvət alarkən yaxalanması əksini tapıb.

Qeyd edək ki, rəsmi məlumata görə, "Yeni klinika” tibb müəssisənin direktoru P.Abbasov və FHN-in Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İ.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. Həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti