Yeni icra başçısı birinci müavini işdən çıxardı

Yeni icra başçısı birinci müavini işdən çıxardı
Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov vəzifəsindən azad olunub. 

Bu barədə Ann.az-a İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, icra başçısının 1-ci müavini Rasim Novruzov öz xahişi ilə vəzifəsindən azad edilib. R.Novruzov səhhəti ilə bağlı ərizə yazıb və icra başçısına təqdim edib, vəzifəsindən azad olunmasını xahiş edib.

Qeyd edək ki, R.Novruzov həmçinin Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.

Qeyd edək ki, sentyabrın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə Vahid Tağıyev Ağsunun icra başçısı təyin olunub. 


www.ann.az

Xəbər lenti