Yeni dünya böhranına bir gün qalıb! - Amerikalı mütəxəssislər

Yeni dünya böhranına bir gün qalıb! - Amerikalı mütəxəssislər

Ekspertlər 24 saatdan sonra Çin fondundakı böhran səbəbindən bank-finans bazarının çökəcəyinə əmindirlər.

ANN.Az-ın "Utro.ru"ya istinadən verdiyi xəbərə görə, amerikalı iqtisadçılar sabah yeni iqtisadi böhranın başlayacağına əminliklərini ifadə ediblər, bu böhran 2008-ci ildəki kimi təsirli olacaq. Onların sözlərin görə,  "China Credit Trust Company"nin idarə etdiyi  Çin fondunun bankrot olması buna səbəb olacaq. Kampaniya öz əmanətçiərinin ödəmələrini həyata keçirməkdən imtina edə bilər. 

Rusiyalı ekspertlərin də böyük əksəriyyəti amerikalı həmkarlarının xəbərdarlığını bölüşürlər. Ancaq bircə istisna var ki, rusiyalı ekspertlər bu böhranın 2008-ci ildəki böhran qədər təsirli olacağına inanmırlar. 

"İnanmıram ki, bu, "Lehman Brothers"in bankrot olması kimi genişmiqyaslı problemlərə səbəb olsun, çünki yuan dollardan fərqli olaraq, dünya rezerv valyutası deyil. Çin sistemi stabilləşdirmək üçün böyük rezervlərə sahibdir", - Rusiyanın məşhur iqtisadi analitiklərindən biri Andrey Şenk mətbuata açıqlamasında deyib. 

"Hər şey Çin hökumətinin situasiyayla necə mübarizə aparmasından asılıdır. "China Credit Trust Co" investisiya fondu çox nüfuzlu kampaniyadır, ancaq hələ indiyə qədər heç kim böhranlı situasiyalarda dövlətin dəstəyindən imtina etməyib. Demək ki, hələ hər şey itirilməyib", - başqa bir mütəxəssis açıqlamasında bildirib. 

İqtisadçılar Çinin iqtisadi sisteminin yeni böyümə modelinə yaxşı uyğunlaşmadığını qeyd edirlər, o hələ də kövrək və qeyri-stabildir. Bununla belə, bu ölkənin iqtisadiyyatı bütünlüklə yenidən invsetisiyalaşdırılıb.

ANN.Az

Xəbər lenti