Yeni dəmir yolu istifadəyə veriləcək (VİDEO)

Yeni dəmir yolu istifadəyə veriləcək (VİDEO)
Xəbər verildiyi kimi, Abşeron Dairəvi Dəmir Yolu xətti tamamlanaraq, istifadəyə verildi. Bu layihənin səmərəliliyi, paytaxtin nəqliyyat sisteminə artıq müsbət təsirini göstərir. 

Bu işlərin davamı kimi sosial tələbat nəzərə alınaraq Abşeron yarımadasında yeni istiqamətlər üzrə mühəndis axtarış işləri yerinə yetirilir, dövlət başçısının tapşırığına əsasən işlər aparılır. 

Hazırda Zabrat-Maştaga-Bağlar dəmir yolunda təmirlə bağlı hazırlıq işləri görülür. Bu xətt uzun müddət istifadə olunmadığından hazırda yolun torpaq yatağı hazırlanır. 

Dəmir yolunun hardan keçəcəyi, stansiyaların harda tikiləcəyi müəyyənləşdirilir. Mühəndis işləri yekunlaşdırılıb, aidiyyatı üzrə müvafiq strukturlara təqdim olunacaq. Maliyyə məsələləri həll olunduqdan sonra isə əsaslı təmir işlərinə başlanılacaq.

Mənbə: bakikendleri.com


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti