“Yeddi gözəl” Belarusda

“Yeddi gözəl” Belarusda
Qara Qarayevin “Yeddi gözəl” baleti Belarusda ilk dəfə nümayiş etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, noyabrın 23-24-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində premyerası keçiriləcək səhnə əsəri ilə Belarus teatrı Qara Qarayev yaradıcılığına ikinci müraciət edəcək. Qara Qarayevin “İldırımlı yollarla” baleti 1960-cı ildə Belarus səhnəsində nümayiş olunub. “Yeddi gözəl” baletinin quruluşçu dirijoru Vyaçeslav Voliçdir. Premyera Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə səhnələşdiriləcək. Nazirlikdən bildiriblər ki, baletin nümayişində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək.ANN.Az

Xəbər lenti