Yas yerindən qayıdan azərbaycanlılara silahlı hücum oldu: Yaralılar var (VİDEO)

Yas yerindən qayıdan azərbaycanlılara silahlı hücum oldu: Yaralılar var (VİDEO)
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli bələdiyyəsinin Rəsulzadə küçəsində 2 etnik azərbaycanlı güllələnib. Hər iki şəxs orta yaşlı kişidir və onlar hüzr yerindən qayıdarkən yolda naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla güllələniblər. 

Yaralanan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub, faktla bağlı araşdırma aparılır.

Hər iki azərbaycanlının vəziyyəti qənaətbəxşdir. Bu barədə APA-nın Gürcüstan bürosuna yerli sakinlər məlumat veriblər. Bildirilib ki, hər ikisi ayaq nahiyyəsindən güllələnən şəxslər yerli xəstəxanaya yerləşdirilib və əməliyyat edilib. 

İnsidentin qisas zəminində baş verdiyi ehtimal olunur. Faktla əlaqədar qanunsuz odlu silah saxlanılması və sağlamlığa qəsdən zərər vurma maddəsi ilə cinayət işi başlanıb.
 




www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti