Yaralı erməni əsgərləri helikopter və maşınlarla daşınır

Yaralı erməni əsgərləri helikopter və maşınlarla daşınır
"Yaralı erməni əsgərləri helikopter və maşınlarla daşınır”.

"MediaPost” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın səhiyyə naziri Arsen Torosyan "Instagram" səhifəsində yazıb.

O bildirib ki, iki təcili yardım helikopteri və həkimlərlə dolu təcili yardım maşınları yaralı əsgərlərin daşınması üçün tapşırığı yerinə yetirirlər: 

"Bu günlərdə iki təcili yardım helikopteri və yüzlərlə təcili yardım maşını yaralı əsgərlərimizin daşınması üçün vəzifələrini icra edirlər”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti