YAP-da yeni təyinatlar (SİYAHI)

YAP-da yeni təyinatlar (SİYAHI)
Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Ann.az xəbər verir ki, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib.

İclasda YAP-ın 64 rayon və şəhər təşkilatına yeni sədrlər təyin olunub.

Onların bir neçəsinin adlarını təqdim edirik:

Gəncə şəhər təşkilatı - Ramil Orucov
Sumqayıt şəhər təşkilatı - Ramiz Hüseynov
Ucar rayon təşkilatı - Şəhla Abdullayeva
Ağdaş rayon təşkilatı - Əlişah Rəcəbov
Salyan rayon təşkilatı - Elmar Əhmədov
Göyçay rayon təşkilatı - Sahib Şükürov
Daşkəsən rayon təşkilatı - Meydanəli Yolçuyev
Qəbələ rayon təşkilatı - Abil Ağasəfov
Oğuz rayon təşkilatı - Saleh Məhərrəmov

Qeyd edək ki, YAP-ın Gəncə şəhər təşkilatının sədri deputat Naqif Həmzəyev, Ağdaş rayon təşkilatının sədri isə deputat Cavid Osmanov idi.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti