“Yanukoviç bir də gücə əl atsa, çox sərt cavab alacaq”

“Yanukoviç bir də gücə əl atsa, çox sərt cavab alacaq”
“Batkivşina” (Vətən) Partiyasının parlament fraksiyasının lideri Arseni Yasenyuk prezident Viktor Yanukoviçə xəbərdarlıq edib.APA-nın xəbərinə görə, A. Yasenyuk “5-ci kanal”a müsahibəsində bildirib ki, V. Yanukoviç dinc aksiyaya və dinc nümayişçilərə yenidən güc tətbiq edərsə, bunun nəticələri şəxsən onun üçün ağır olacaq. Müxalifət lideri deyib ki, hazırda meydanda qorxaq adamlar yoxdur: “İstənilən güc variantına çox sərt cavab veriləcək. Əgər ötən bazar meydana 800 min adam çıxmışdısa, bu dəfə 8 milyon adam üsyan qaldıracaq”. A. Yasenyuk vilayətlərdə milli müqavimət qərargahlarının formalaşdığını söyləyib: “Artıq üç vilayət tətilə başlayıb”. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti