XXI əsrdə dünyanı təhdid edən viruslar (SİYAHI)

XXI əsrdə dünyanı təhdid edən viruslar (SİYAHI)
Koronavirus pandemiyası XXI əsrin bəlasına çevrilib. Lakin bəşəriyyət XXI əsrdə koronavirus pandemiyasından əvvəl elə hazırki bəla qədər təhlükəli olan viruslarla üzləşib.

Ann.az yenisabah.az-a istinadən bununla bağlı siyahını təqdim edir:

2002-ci ildə sars virusu insanlığı təhdid edib. Bu virusa yoluxanların sayı dünya üzrə 8422 nəfər olub. Onlardan 908 nəfəri dünyasını dəyişib. İlk yoluxma halı Çində qeydə alınıb. Sars virusundan ölüm riski 10.5 faiz olub. 

2003-cü ildə isə "quş qripi” yayılıb. Dünya üzrə bu qripə 861 nəfər yoluxub. Onlardan 455 nəfəri ölüb. İlk yoluxma halı Çinin Honq Konq şəhərində qeydə alınıb. Ölüm riski 52.8 faizdir.

2009-cu ildə dünyada "donuz qripi” yayılmağa başlayıb. Bu qripə dünya üzrə yoluxanların sayı 414 min nəfər olub. Onlardan 18 min 500 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Ölüm riski 4.5 faiz olan "donuz qripi”nə ilk yoluxma halı Meksikada qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "donuz qripi”ni pandemiya elan edib.

2012-ci ildə dünya yeni virusla üzləşib. Alimlər bunu Orta Şərq tənəffüs sindromu adlandırıblar. İlk yoluxma halı Səudiyyə Ərəbistanında qeydə alınıb. Dünya üzrə 2497 nəfər bu virusa yoluxub. Onlardan 858 nəfəri dünyasını dəyişib. Ölüm riski34.4 faizdir.

2014-cü ildə isə ebola virusu dünyaya meydan oxumağa başlayıb. İlk yoluxma halına Qvineyada rast gəlinən bur virusa sonrada 27 min 748 nəfər yoluxub. Onlardan 11 min 279 nəfəri dünyasını dəyişib. Ebola virusundan ölüm riski 41 faizdir.

www.ann.az

Xəbər lenti