XX əsrdə ən çox satılan maşınlar hansılardır? – Siyahı+Fotolar

XX əsrdə ən çox satılan maşınlar hansılardır? – Siyahı+Fotolar
Avtomobillər XIX əsrin sonlarından etibarən insanların həyatına daxil olub. İldən-ilə təkmilləşdikcə avtomobillər XX əsrin 30-cu illərində artıq əsas nəqliyyat vasitəsinə çevriliblər. Amma nəqliyyat vasitəsi arasında olduğu kimi, avtomobillər arasında da rəqabət mövcud olub. Bəzi maşın modellərinə həddən artıq tələbat olub. Bununla bağlı avroplaı ekspertlər XX əsrdə ən çopx satılan avtomobillərin siyahsını tərtib edib.
 
ANN.Az Modern.az-a istinadən həmin siyahını təqdim edir.  

1. Model T
"Model-T” maşınları XX əsrin əvvəllərində amerikalı iş adamı Henri Fordun zavodlarında istehsal olunmağa başlayıb. Konveyer kəşf olunduğu üçün bu maşınların kütləvi istehsal olunması və avtomobil bazarında rəqib tanımaması onun dünyada ən çox satılan maşın olmasını təmin edib. 1910-1926-cı illərdə "Model T” ABŞ və dünyada ən çox satılan maşın idi. "Sərt Lizzi” adı verilən və əsasən bürünc üzlüyü olan avtomobil XX əsrdə ən kütləvi satılan maşınların önündə gəlir.   

2. "Volkswagen Fusca”
Alman maşınqayırmasının məhsulu olan "Volkswagen Fusca” Avropa ilə yanaşı, Cənubi Amerikada da xüsusi populyarlıq qazanıb. Kiçik, yığcam və qənaətli maşın 1954-1980-ci illərdə Braziliyada ən çox satılıan avtomobil olub.  

3. "Lada 2105”
Sovet maşınqayırmasının məhsullarına Qərbdə skeptik yanaşsalar da, Finlandiya bu qənaəti bölüşmürdü. Finlandiya maşın bazarında uzun illər "Lada 2105” avtomobili satış üzrə lider olub. Bundan əvvəl isə "Moskviç” markalı maşınlar finlər üçün əsas nəqliyyat vasitəsi idi. "Lada 2105” həm də sosialist düşərgəsinə aid ölkələrə də aktiv ixrac olunurdu.   

4. "Hindustan Ambassador”  
Hindistan maşınqayırmasının fəxri olan "Hindustan Ambassador” markalı avtomobillər ölkə tarixnin ən uğurlu məhsulu sayılır. 1957-ci ildən başlayaraq 2014-cü ilə qədər bu maşınlar Hindistanda ən çox satılan maşınlar olub. 1 milyarddan çox sakini olan ölkənin maşın bazarında 57 il lider olduğu üçün "Ambassador” maşınları həm də dünyanın ən çox satılan 4-cü avtomobilləri seçilib.  

5. "Lada 2101-3”  
Bu maşınlar 1970-ci illərdə Sovet İttifaqında ən çox satılan maşınlardır. Amma bu populyarlıq yalınz SSRİ və sosialist ölkələri ilə məhdudlaşmırdı. Böyük Britaniyada "Lada” modeli maşınlar çox populyar idi. Hətta bu ölkədə "Lada Samara” və "Lada Niva” kimi fanat klubları yaradılırdı.  

6. "Austin Mini”  
Kiçik ölçülü "Austin Mini” markalı avtomobillər isə Britaniyanın istehsal etdiyi ən çoxsaylı maşınlardır. 1958-ci ildən yerli bazardan dominantlıq edən "Austin Mini” 1981-ci ilə qədər hegemonluğnu qoruya bilib. "Ana vətəni” Britaniyadan başqa, Avstraliya, Yeni Zelandiya və Kanadada da o, böyük populyarlıq qazanıb.  

7. "Fiat 126p”  
Bu maşınların istehsal hüququ məhşur İtaliya avtomobil şirkəti "Fiat”a məxsus olsa da, əsasən Polşada istehsal olunurdu. Buna görə belə avtomobillərə "Polşa Fiatı” da deyirdilər. 1972-ci ildən Turin avtosalonunda təqdimatı keçirildiyi andan 1979-cu ilə qədər "Fiat 126p” Çində ən çox satılan avtomobil markası olub.  

8. "Chevrolet C20 Scottsdale”  
Pikap tipli bu maşınlar isə Şimali Ameirkada (ABŞ və Kanada) 1980-ci illərin ən çox satlılan avtomobilləri olub.  

9. "Renault  4CV”  
Fransanın "Renault” avtomobil şirkətinin İkinci Dünya Müharibəsinin gedişində yaratdığı bu kompakt maşınlar yalınz 1947-ci ildə bazarda satışa çıxarılıb. 1947-1955-ci illər arasında "Renault 4CV” avtomobilləri Fransa və ona qonşu olan ölkələrdə ən populyar maşın modeli olub.  

10. "VW Beetle”
SSRİ-də daha çox "Volksvagen Juk” adı ilə tanınan "VW Beetle” avtomobilləri 1938-ci ildə Hitler Almaniyasında istehsal olunmağa başlayıb. Tarixdə ən çox satılan 10-cu maşın olan "VW Beetle”in sonuncu nümunəsi 1989-cu ildə konveyerdən çıxıb.
 
ANN.Az
 









Xəbər lenti