“Xəzər Lənkəran”ın sonuncu rəqibi də Türkiyə klubu olacaq

“Xəzər Lənkəran”ın sonuncu rəqibi də Türkiyə klubu olacaq
 
Türkiyə toplanışı çərçivəsində bu gün "Kayserispor”la yoxlama oyunu keçirəcək "Xəzər Lənkəran”ın növbəti sparrinq rəqibinin də adı bəlli olub.
 
Apasport.az saytının məlumatına görə, "ağ-yaşıllar” qardaş ölkədə sonuncu oyunlarını da yerli komandaya qarşı keçirəcəklər.

Belə ki, Yunis Hüseynovun yetirmələri III liqa təmsilçisi "Derincespor”la qarşılaşacaq. Görüş iyulun 24-də, "Xəzər Lənkəran”ın Kapadokiya bölgəsində qaldığı otelin stadionunda baş tutacaq.

Bu oyunla Türkiyə toplanışını başa çatdıracaq cənub klubu ayın 25-də Azərbaycana qayıdacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran” Türkiyədə keçirdiyi əvvəlki yoxlama görüşlərində "Niğdespor” (1:0) və "Antalya Kunduspor”a (8:1) qalib gəlib, "Kasımpaşa”ya isə məğlub olub (0:2).
www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti