Xəzər dənizi ilə bağlı iclası keçirilir

Xəzər dənizi ilə bağlı iclası keçirilir
Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzər dənizinin Su Bioresursları Komissiyasının 34-cü iclası keçirilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Xəzərətrafı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin rəhbər nümayəndə heyəti iştirak edir. Azərbaycan nümayəndə heyətinə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev başçılıq edir. Sessiyanın gündəliyinə ənənəvi xarakter daşıyan bir neçə məsələ qoyulub. İclasda Xəzəryanı ölkələr tərəfindən bioresurs ehtiyatlarının vəziyyəti, ümumi icazə verilən balıq ovu, balıqartırma və elmi məqsədlər üçün kvotaların mənimsənilməsi, həmçinin balıq ehtiyatlarının mühafizəsi üzrə məlumatlar təqdim olunur. Sessiyada müzakirəsi nəzərdə tutulan əsas məsələlərdən biri də Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna moratoriumun tətbiq edilməsi haqqında Sazişin razılaşdırılması və Xəzər dənizinin Su Bioresursları Komissiyasının statusunun təsisatlararası səviyyədən yüksəldilərək hökumətlərarası status səviyyəsinə çatdırılmasında razılığın əldə edilməsidir. İclas dekabrın 25-də yekunlaşacaq.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti