Xələf Xələfov Cenevrəyə səfər edəcək

Xələf Xələfov Cenevrəyə səfər edəcək

Xələf Xələfov Cenevrəyə səfər edəcək
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrəyə səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Ann.az-a verilən məlumata görə, X.Xələfov Cenevrədə İnsan Hüquqları Şurasının İşçi Qrupunun 30-cu sessiyasında Universal Dövri Hesabat çərçivəsində Azərbaycanla bağlı hesabatın müzakirəsində iştirak edəcək.

Azərbaycanla bağlı hesabat mayın 15-də müzakirə olunacaq.

Qeyd edək ki, bu, Universal Dövri Hesabat çərçivəsində üçüncü hesabat olacaq.

www.ann.az

Xəbər lenti