Xamneyinin Beyrutdakı təmsilçisi öldürülüb

Xamneyinin Beyrutdakı təmsilçisi öldürülüb

Noyabrın 19-u səhər Livan paytaxtı Beyrutda, İran səfirliyinin qarşısında baş verən iki partlayış baş verib. Olayda İslam Respublikasının Livandakı mədəniyyət mərkəzinin məsulu, səfirliyin mədəniyyət işləri üzrə müşaviri, 54 yaşlı İbrahim Ənsari və daha 23 nəfər həlak olduğu bildirilib.

Lent.az-ın «iran.ru»-ya istinadən məlumatına görə, hadisə İbrahim Ənsari avtomobilindən düşüb səfirliyə daxil olarkən baş verib. İran səfirliyinin qapısı yerindən qopub, səfirlik binasına ziyan dəyib.

İranın Beyrutdakı səfiri Qəzənfər Rüknabadi hadisədə müşaviri İbrahim Ənsarinin həlak olduğunu təsdiqləyib.

Son məlumatlara görə, hadisədə 146 nəfər ağır yaralanıb.

Səfirlik binası qarşısında dayanmış iki avtomobil və iki motosikletin partladılmasını hər hansı bir təşkilat üzərinə götürməsə də, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm jurnalistlərə deyib ki, Beyrutdakı partlayışları İsrailə bağlı qüvvələr törədib.

ANN.Az

Xəbər lenti