Xalq artisti dünyasını dəyişdi (FOTO)

Xalq artisti dünyasını dəyişdi (FOTO)
Xalq artisti Zülfüqar Abbasov dünyasını dəyişib.

Ann.az xəbər verir ki, Zülfüqar Abbasov Mingəçevir Dövlət Dram Teatrının Baş rejissoru olub.

Qeyd edək ki, 1968-ci ildən (fasilələrlə) M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının rejissorudur (1992-ci ildən həmçinin direktoru, 1999-cu ildən baş rejissor). "Hacı Qara” (M.F. Axundzadə), "Eşq və intiqam” (S.S. Axundov), "Müfəttiş”, "Evlənmə” (N.Qoqol), "Əliqulu evlənir” (S.Rəhman), "Cavanşir”, "Şeyx Şamil” (M.Hüseyn), "Mahnı dağlarda qaldı”, "Sevgililərin cəhənnəmdə vüsalı” (İ.Əfəndiyev), "Şeytan nəsli” (H.Muxtarov), "Dar ağacı” (B.Vahabzadə), "Ölülər” (C.Məmmədquluzadə), "Almaz”, "Solğun çiçəklər” (C.Cabbarlı), "Vaqif” (S.Vurğun), "Ayrılmaq anı” (M.Baycıyev) və s. əsərləri tamaşaya qoyub, aktyor kimi də çıxış edib.
 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti