Xalq artisti Canəli Əkbərov dəfn olundu (FOTOLAR)

Xalq artisti Canəli Əkbərov dəfn olundu (FOTOLAR)
Ötən gün dünyasını dəyişən Xalq artisti, xanəndə Canəli Əkbərov dəfn olunub.

"Report" xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, C.Əkbərov şəkərli diabetdən əziyyət çəkirdi və iki gün əvvəl insult keçirərək komaya düşmüşdü.

Xatırladaq ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub. Xanəndə 1989-cu ildə Azərbaycan milli mədəniyyətinin inkişafındakı uğurlarına görə Əməkdar artist, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə "Şöhrət”, 2010-cu ildə "Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli "Əmək” ordeninə layiq görülüb. О, Prezident təqaüdçüsü idi.







www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti