Vyanada "Tolerant Azərbaycan gəncliyi" - REPORTAJ

Vyanada
Rüstəm Qasımov

Qısa müddət öncə Avstriya paytaxtı Vyana şəhərində "Tolerant Azərbaycan Gəncliyi" adlı sərgi keçirilib. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Mədəniyyət və Turzim Nazirliyinin dəstəyi ilə baş tutub. 
 


Qeyd etmək yerinə düşər ki, bu sərgi ilk dəfə Azərbaycan Rəssamlar İttifaqının Vacihə Səmədova adına sərgi salonunda keçirilib. Uğurla baş tutan sərgiyə qatılan qonaqlar istedadlı rəssamların işlərini yüksək qiymətləndiriblər.  
 
 

Sonra isə sərgi Avropanın ən gözəl şəhərlərindən biri olan Vyanada Azərbaycan mədəniyyət mərkəzində baş tutub. Bu mərkəz xaricdə Azərbaycan mədəniyyətinin təbliğatı və ölkələr arasındakı əlaqələrin güclənməsi üçün aktiv fəaliyyət göstərir. Mərkəzin direktoru Leyla Qasımovanın səyləri nəticəsində qurumun fəaliyyəti produktivliyi və dolğunluğu ilə seçilir. 
 


Nümayiş olunan sərgidə gənc azərbaycanlı rəssam və heykəltaraşların işləri yer alıb. Xüsusilə gecənin qonaqları üçün sərgi musiqinin müşayiətiylə baş tutub, vernisajın iştirakçıları və onların işləri barədə ətraflı məlumatlar olan bukletlər paylanılıb. 
 


Mərasimin iştirakçıları gecəni dostluq əhval ruhiyyəsində, incəsənətdən zövq alaraq və qarşılıqlı ünsiyyət qurmaqla keçiriblər. 
 


ANN.Az mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur, maraqlı sərgilər barədə xəbərləri oxucularına çatdırır. Portalımızın daimi oxucusu Tereza Malikin "Tolerant Azərbaycan Gəncliyi" sərgisindən çəkdiyi şəkilləri diqqətinizə təqdim edirik. 
 























www.ann.az

Xəbər lenti