Həmid Həmidov"Rusiya hamı üçün" ictimai hərəkatının banisi, yeni Rusiya partiyası - "Rusiya hamı üçün" Milli Etimad Partiyasının lideri Viktor Bondarenkonun ANN.Az saytına müsahibəsi:- Moskvada millətlərarası gərginliyin artdığını iddia etmək olarmı? - Nəinki artıb, hələ artmaqda davam edir. Başqa bir sual ondan ibarətdir ki, buna kim təkan verir? Mənimçün bu, hələ sirr olaraq qalır. "Rusiya ruslar üçün! Moskva Moskvalılar üçün!" şüarı istənilən nüvə partlayışından daha pisdir. Yaponiya iki nüvə zərbəsinə məruz qaldı, amma özünə gəldi. Əgər yuxarıda qeyd etdiyim şüar həyata keçməyə başlasa, Rusiya Federasiyasından heç nə qalmayacaq. Mən çoxdan deyirəm ki, hər il xalq həmrəyliyi günündə "rus marşı"nın keçirilməsi qeyri-normaldır. Ola bilsin, millətçi hərəkatların nümayəndələri küçələrə çıxmaq hüququna malikdirlər. Amma "Rusiya ruslar üçün" şüarı - bu, nasist şüarıdır. Konstitusiya əleyhinə olan şüardır. Qoy bu adamlar səmimi çıxıb desinlər ki, biz Rusiya Federasiyası konstitusiyasına qarşıyıq. Adamı hiddətləndirən odur ki, rus marşı Xalq Həmrəyliyi günündə keçirilir. Bu, yanlış vaxtdır və yanlış tarixdir. İstənilən başqa bir gündə onlar küçəyə çıxıb oxuya bilərlər ki, məsələn, yalnız özlərinin rus respublikasını istəyirlər. "Rusiya ruslar üçün" şüarı əvəzinə "Rusiya hamı üçün" şüarı olmalıdır. Bu şüarın nəyi pisdir ki? Rusiya onun ərazisinda qanuni yaşayan hər kəs üçündür. Bunu həmişə açıq-aşkar deyirəm, ona görə də bir çoxlarını qıcıqlandırıram. Bu, mənim bir çox opponentlərimi qıcıqlandırır. Biri var, belə şüarı tutaq ki siz təbliğ edirsiniz, biri də var mən, rus pravoslav xaçpərəsti təbliğ edir. Və insanlar təəccüblənməyə başlayır ki, axı rus necə belə şeyləri deyə bilər? Bu, onları daha çox gərginləşdirir. Sonra isə onlar məni hədələməyə başlayırlar. Məni və mənim ailəmi hədələyirlər. Məni fiziki xəsarətlə hədələyirlər, güya mən yəhudilərə satılmışam...Problemə gəldikdə isə, onda biz açıq etiraf etməliyik ki, millətlərarası münasibətlər problemi qalmaqdadır. Və elə buna görə də biz Milli Etimad Partiyası yaratdıq...- Sizə elə gəlmirmi ki, Eqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalovun həbsindən əsl şou düzəldərkən, məhz hakimiyyətin təhriki nəticəsində millətçilik qığılcımı çaxdı? - Orxan Zeynalovun Daxili İşlər Nazirliyinə gətirilərkən yaranmış vəziyyət həqiqətən də teatr təsiri bağışlayırdı. Bu, mənimçün o deməkdir ki, hakimiyyət nə etdiyini bilmir. Ölkə dağılır, Rusiya millətlərarası etnik müharibə ərəfəsindədir, ona görə də belə şeylər baş verir. Vəziyyətin özünə gəldikdə isə, kifayət qədər maraqlıdır. Niyə? Çünki yalnız bir nəfər bıçaqla başqasını qətlə yetirdi, adamlar isə tərəvəz bazasına qarşı çıxdılar. Baxmaq lazımdır ki, bu tərəvəz bazası nəticə etibarilə kimə çatacaqdır.Mən artıq dəfələrlə özümə sual vermişəm ki, niyə küçələrə axışmış Birilyova sakinləri Daxili İşlər Nazirliyinin və ya miqrasiya orqanlarının binasına mitinq etməyə yox, tərəvəz bazasını dağıtmağa getdilər?Mən əminəm ki, bütün bu meyllər kimsə tərəfindən qızışdırılır. Bu, kiməsə lazımdır. Üstəlik, kiməsə Rusiyanı dağıtmaq çox lazımdır. - Siz deyəndə ki, kimsə millətçilik meyllərini qızışdırır, daxili qüvvələri nəzərdə tutursunuz, yoxsa xarici? - Məncə, daxili qüvvələr. Hərçənd çoxları deyir ki, bunu edən xarici qüvvələrdir. Amma əslində mən əminəm ki, Rusiyanın dağılması xarici qüvvələrin heç dəhşətli yuxusuna da girməz. Düşünürəm ki, bu cür qüvvələr daxildədirlər. Və ya bu, sadəcə gələcəyi görməyənlərdir, onlar yenə də öz rusluqlarını, milli natamamlıqlarını dürtməklə məşğuldurlar.Mən millətçilərlə söhbət edəndə, onlar həmişə deyirlər ki, güyamış biz artıq Ukraynanı, Qafqazı, Baltikyanı ölkələri itirmişik... Mənsə cavab olaraq deyirəm: Biz kimik? Ukrayna özünü itirilmiş hesab etmir. Elə siz özünüz də Azərbaycanda özünüzü yəqin itirilmiş saymırsınız... Bu, rus natamamlığının ölümqabağı konvulsiyasıdır. Və bu əsasnasda kimsə millətlərarası müharibəni alovlandırmağa çalışır. - Söhbətin lap əvvəlində siz dediniz ki, millətlərarası gərginliyin səviyyəsi nəinki artıb, bu gərginlik daima artmaqdadır. Görəsən bu nə vaxtadək belə davam edəcək? Bütün bunlar nəylə nəticələnəcək? Yoxsa Orxan Zeynalova hökm oxunduqdan sonra bütün bu ehtiraslar öz-özlüyündə sönəcək?- Elə hesab etmirəm ki, Şerbakovun qətli işi üzrə hökm çıxarıldıqdan sonra hər şey sakitləşəcək. Düşünürəm ki, bu vəziyyəti yalnız siyasi hakimiyyət dəyişə bilər. Əlbəttə, burda söhbət müsbət tərəfə dəyişməkdən gedir. Hakimiyyətin özü də çapaladığından, bu vəziyyətdən necə çıxmalı olduğunu bilmədiyindən, proqnozlar təsəlliverici deyil.Elə Avropada da bu cür məsələlər var və çox ağır həll olunur. Amma onlar hansısa yeni yanaşmalar, formalar tapmağa çalışırlar. Bizdə isə köhnə qaydalara sığınırlar. Yenə də milli natamamlıq. Hətta Avrasiya İttifaqı ideyasına baxın. Bu, nədir? Balaca Sovet İttifaqı? Axı bu, maraqlı deyil. Axı bu, bizim ölkəmizi heç bir yüksəkliyə qaldırmayacaq. Yeni və daha qlobal ideyalar lazımdır. Sovet İttifaqından daha qlobal. Belədə isə ölkə, öz məntiqi sonluğuna doğru gedir. Yenə də əgər kimsə yeni və hansısa anlam kəsb edən ideya ilə ortaya çıxsa...- Yəni siz, indiki sərhədləri daxilində Rusiyanın dağılmasını istisna etmirsiniz?- Bizim indilərdə müşahidə etdiyimiz vəziyyət davam etsə, düşünürəm ki, bu ölkə 40-50 ildən sonra olmayacaq. Axı başqa cür bu ölkə necə yaşamaq istəyir? Necə? İl ərzində bir milyon insanın qırılması ilə?.. Bu ölkəni tərk etmək istəyən böyük insan kütləsi ilə?.. Dünyanın ən varlı ölkəsi insanların yaşaması üçün yararsız oldu.Ona görə də mən nəinki istisna etmirəm, hətta əminən ki, Rusiya indiki qaydada inkişaf etməyə üstünlük versə, bir yerə gedib çıxa bilməyəcək.Bu gün ölkə üçün milli məsələ bir nömrədə dayanır. Həm iqtisadiyyatı, həm sosial sahəni, həm mədəniyyəti – hamısını ikinci plana keçirmək lazımdır. Bu gün bizimçün bir nömrəli məsələ - milli məsələni həll etməkdir. Və siz diqqət yetirin ki, indiyə kimi heç kəs bunu həll etməyə nail ola bilməyib. Millətlərarası münasibətlər həmişə problem olaraq qalıb. İlk dəfə bu problemlə Sovet İttifaqı qarşılaşdı, indiysə Rusiya Federasiyası. SSRİ-da həmişə bizə yalan danışırdılar ki, biz qardaşıq, bərabərik. Özləri isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna qəbul edilməməli olan 14 millətin siyahısını tərtib edirdilər. Tarix-memarlığa dörd millətin tələbələri qəbul edilmirdilər. Hər bir rəhbər üçün ikinci ən böyük millət ruslar idi. Və sair və ilaxır. Yəni həmişə hansısa gizli imperiya sistemi var idi, məhz rusların milli natamamlığı. Elə buna görə də Sovet İttifaqı dağıldı. Çünki yenə də milli məsələnin həll yolu tapılmadı.Mənim azərbaycanlı dostlarım var. Həminki Aydın Salahov mənim yaxın dostumdur. Biz həmişə ünsiyyətdə oluruq. Əlbəttə, eşidəndə ki, onun oğlu irqçi fikirlərə görə 4-5 məktəb dəyişib, mənə xoş gəlmir. Axı uşaq əziyyət çəkib. Tanrıya şükürlər olsun, indi o, böyük oğlandır, Universitetdə təhsil alır.Bizim ata-babalarımız bir rəzilliyi məhv etdilər, həmin rəzilliyin nəticəsi idi ki, insanları arilərə və qeyri-arilərə bölürdülər və bu rəzilliyə indi də nasist svastikasıyla Moskva küçələrində rast gəlinir. Milyonlarla insan bu svastikanı məhv etməkçün canından keçdi, indiysə bu svastika bizdə zühur etdi. Bunu necə başa düşək?! Və əlbəttə ki, milli məsələyə hakimiyyət tərəfindən təkan verilir, çünki bununla diqqəti yayındırmaq mümkündür. İndi adamların bütün diqqəti milli problemə, rus marşına və tərəvəz bazasına yönləndirilib... Bu problem nümunə kimi göstərilir, bəzəyib-düzəldilir. Yəni ki, ay İvan, bax, sənin problemin budur. "Qaralar”. İnqilaba qədər bütün problem yəhudilərdə idi, indiysə güyamış "qaralarda", qafqazlılarda və asiyalılardadır. Hakimiyyət bu məqamlardan öz maraqları üçün yararlanır.Tərcümə: Ramil RahiboğluANN.Az
Viktor Bondarenko: "Rusiya öz məntiqi sonluğuna doğru gedir" - MÜSAHİBƏ

09 Noyabr 2013, 15:34
09 Noyabr
2013
15:34
646
Xəbər lenti
-
10:01"Azercell Telecom" rabitə bazarında yeni biznes istiqamətini təqdim edir! (R)
-
17:41Pirili kəndində növbəti səyyar görüş oldu (FOTO)
-
16:22Dövlət şirkəti Azərbaycanda minlərlə yeni iş yeri yaratmağa başlayıb
-
15:29Azərbaycanın efir məkanını sahmana salan şura: Qanunu rəhbər tutan quruma qanunsuz çağırışlar
-
12:48Voleybol üzrə Zəfər Kubokunun püşkü atıldı - FOTO
-
16:37Günün yoluxma statistikası açıqlandı
-
15:59Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verildi (FOTO/VİDEO)
-
15:43Elmira Nağıyevanın səlahiyyətinə vaxtından əvvəl xitam veriləcək
-
14:50Prezident Qazaxda yol tikintisinə 6,9 milyon manat ayırdı
-
14:35Vilayət Eyvazov bu rayona rəis təyin etdi
-
11:47Rusiya raket atdı, azərbaycanlı ailə həlak oldu - FACİƏ
-
10:59AMEA: Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər
-
10:28Azərbaycan Özbəkistanla aqrar sahədə əməkdaşlıq üzrə Yol Xəritəsi imzaladı (FOTO)
-
10:22Neftimizin qiyməti 129 dollara yaxınlaşdı
-
10:09Azərbaycan hərbçilərinin tapıntısı Ermənistan Müdafiə Nazirliyini ifşa etdi (FOTO)
-
09:53Şuşada 92 il əvvəl toxunan xalça muzeyə hədiyyə olunub (FOTO)
-
18:49Taxıl sahələrinin 66 faizində biçin prosesi yekunlaşıb (FOTO)
-
14:56“Midtown” hotel və “Bolmart”dakı zəhərlənmə qidadan deyil (AÇIQLAMA)
-
14:52Şarl Mişel İlham Əliyevə zəng etdi
-
13:52Yol tikintisinə 1.4 milyon manat ayrıldı (SƏRƏNCAM)
-
12:45Azərbaycan və İran xarici işlər nazirləri görüşdü
-
12:35DTX-nin həbs etdiyi gömrükçülərlə bağlı qərar verildi
-
12:30Bakıda 34, rayonlarda 36 dərəcə isti olacaq
-
12:15Prezident 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi
-
11:48İyulda Azərbaycanda qar yağdı
-
11:30Rusiya bu tarixdən quru sərhədlərini açır
-
10:54Deputatlara verilən bəzi pul təminatları ləğv edildi
-
10:46Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında təlim keçirildi (FOTO/VİDEO)
-
09:30Ermənilər atəşkəsi pozdu: Kəlbəcər yenidən hədəfdə
-
09:26Ceyhun Bayramov İrana getdi
-
17:16Müğənni Xan Bəyli və DJ Fateh Azercell ilə canlı yayımda! (R)
-
17:04Peyvənd olunanların sayı açıqlandı
-
16:50Son sutkada 36 nəfər koronavirusa yoluxub
-
14:22Fərid Şəfiyev: “İndi Şuşada türkün səsi eşidilir”
-
13:48Vilayət Eyvazov media nümayəndələrinə təşəkkür etdi (VİDEO)
-
12:13Paytaxtda hava küləkli olacaq, rayonlarda yağış yağacaq
-
11:46Yağış və külək nə vaxtadək davam edəcək?
-
11:36Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
-
12:40Pensiya yaşı tamam olan şəxslərin nəzərinə - Nazirdən açıqlama
-
12:05Sabah Bakıda hava yağmursuz olacaq
06 İyul 2022
05 İyul 2022
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
Digər xəbərlər
-
Siyasət, Manşet, Fotolar, Qaynari.nfo
Azərbaycan hərbçilərinin tapıntısı Ermənistan Müdafiə Nazirliyini ifşa etdi (FOTO)
-
Siyasət, Manşet
Şarl Mişel İlham Əliyevə zəng etdi
-
Siyasət
Azərbaycan və İran xarici işlər nazirləri görüşdü
-
Siyasət, Manşet
Ceyhun Bayramov İrana getdi
-
Siyasət
Fərid Şəfiyev: “İndi Şuşada türkün səsi eşidilir”
-
Siyasət, Manşet, Qaynari.nfo
Zakir Həsənov ordu rəhbərliyini topladı
-
Siyasət, Manşet
Azərbaycan Prezidenti Pakistan Senatının sədrini qəbul edib (YENİLƏNİB)
-
Siyasət, Manşet
Prezident TBMM sədrini qəbul etdi (YENİLƏNİB)
-
Siyasət
Misir Prezidentinin Azərbaycana səfəri planlaşdırılır