"Vətəndaşlar bankomatlara tam etibar edə bilər" - Elman Rüstəmova cavab (VİDEO)

04 Oktyabr 2019, 14:47
04 Oktyabr
2019
14:47
353
Ötən həftə Mərkəzi Bank vətəndaşlara və banklara saxta əskinazlarla bağlı xəbərdarlıq edib. Qurumdan bildirilib ki, bununla bağlı monitorinqlər aparıb və həmin əsginazların kommersiya banklarına məxsus ATM-lərdən çıxdığı aydınlaşıb. Həmçinin bankların bu məsələdə diqqətli olması, yararlı olmayan əsginazları aparıb Mərkəzi Banka təhvil verməsi qeyd olunub.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Mərkəzi Bankın rəsmi açıqlaması, ardınca sədr Elman Rüstəmovun açıqlamaları ciddi suallar doğurdu. Doğurdanmı bank ATM-ləri saxta əsginasları ayırd edə bilmir? Təhlükəsizlik hansı səviyyədə qurulub? Ümumiyyətlə, tez-tez ziddiyyətli açıqlamaları ilə gündəmə gələn cənab Elman Rüstəmovun dedikləri nə qədər etibarlıdır?
Belə açıqlamaların vətəndaşların banklara, ATM-lərə etibarını zədələdiyini nəzərə alaraq, bank təmsilçiləri və ekspertlərin rəyini öyrəndik
"Bank of Baku"nun piar meneceri Gülşən Cumayeva Qaynarinfo-ya açıqlamasında bildirdi: "Bankımızın nağd vəsaitlərin qəbulu üçün nəzərdə tutulmuş cash-in ödəmə terminallarında saxta pulları müəyyən edən bir neçə mərhələli detektorlar quraşdırılıb. Həmin detektorlar saxta pul əskinazı tanıya bilir və bununla da ödəmə terminalından saxta pulların qəbulu mümkünsüz olur. Kassa bölmələrimizdə isə həm pulsayan maşınlar detektorla çalışır, həm də şübhəli görünən əskinazlar üçün hər bir filialımızda ayrıca detektor aparatı yerləşdirilib. Bütün bunları nəzərə alaraq, yekunda qeyd etmək olar ki, Bank of Baku-da saxta əskinazların qəbulu 100% mümkün deyil, təhlükəsizlik tam təmin olunub".
Bank mütəxəssisi Ramiz İbrahimovun da Real TV-yə mövzu ilə verdiyi açıqlama diqqət çəkir: "Saxta pulu bankomat qəbul etmir. Bankomatların cash hissəsinin həssaslığını artırmışıq deyə saxta pul qəbul etmir. Amma cırılmış, ödəməyə yararsız pulları qəbul etməyə bilər. Bunu da aktlaşdırırıq, ekspertiza edirik və Mərkəzi Banka göndəririk. Bu pulun dövriyyəyə yararlı və yararsız olduğu aşkarlandıqdan sonra Mərkəzi Bank tərəfindən dövriyyədən çıxarılır. Amma bankomat tərəfindən müştərilərə yararsız və saxta pul verilə bilməz. Bankomat kaserlərinə doldurduğumuz vəsait çeşidlərin həssaslığı yüksək olan avadanlıqlar tərəfindən sayılır və bankomata doldurulur. Belə olan halda isə saxta pulun bankomata qoyulması və ya müştərilərə verilməsi ehtimalı sıfıra bərabərdir".
Ramiz İbrahimov saxta pul daxil edən şəxslərin kameralar vasitəsi ilə çəkildiyini və bu addımın təhlükəli olduğunu bildirib:
"Bizim bütün bankomatlarımızda kamera var. Mərkəzi Təhlükəsizlik İdarəsinə bankomat açıldığında hansısa kənar şəxs tərəfindən müdaxilə olunduğu ilə bağlı məlumat gedir. Üstəgəl də 24 saat ərzində kameralar çəkir. Kimin yaxınlaşdığı, hansı əməliyyatı apardığı qeydiyyata alınır. Bir də saxta pulu və ya ödəməyə yararsız pulları bankomata daxil edən şəxs, hansı karta mədaxil olunması araşdırma nəticəsində müəyyən edilə bilir. Bu, Təhlükəsizlik idarəsi tərəfindən müəyyən olunduqdan sonra aiddiyatı qurumlara təhvil verilir, araşdırma aparılır və həmin şəxsi müəyyən edib tapmaq mümkündür".
Son olaraq mütəxəssis vətəndaşlara arxayın şəkildə bankomatlardan istifadə etməyi tövsiyyə edib: "Müasir dövrdə avadanlıqlarımız yüksək səviyyədədir. Həm pul çeşidləyən maşınlarımız, həm işçilərimizin bilik və bacarığı... Heç kim risk edib saxta pulu bankomata qoya bilməz. Əhalimiz arxayın şəkildə bankomatdan normal şəkildə pulunu çıxarıb istifadə edə bilər. Həmçinin nəğd pul çıxarmasalar da, bütün ödənişlərini, əməliyyatlarını həyata keçirlə bilərlər".
www.ann.az
Xəbər lenti
-
10:23Qusarda "RUS AZERİ SPİRİTS” zavodu açıldı (FOTOLAR)
-
13:57Yevda Abramov dəfn edildi (YENİLƏNİB/FOTO/VİDEO)
-
12:56Sabaha gözlənilən hava proqnozu
-
10:59Azərbaycanda səs-küyün, titrəyişin çox olduğu şəraitdə işləyənlərin sayı çoxalıb
-
10:27Cəbhədə vəziyyət necədir?
-
10:16Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
-
14:46MSK seçkilərlə bağlı qərar verdi: Təşviqat nə vaxt başlayacaq? (YENİLƏNİB)
-
13:09Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq
-
13:04"Azercell" ilə Nəsimi irsindən zövq al
-
12:47Məzahir Pənahov: "Bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi..."
-
10:37İcra Hakimiyyətində yeni təyinat
-
09:59Yevda Abramovun dəfn ediləcəyi yer açıqlandı
-
09:56Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
-
19:56Könüllülər üçün konsert keçirildi (FOTO)
-
16:58İstirahət günlərinin hava proqnozu
-
15:37Prezident və birinci xanım Şamaxıda ağac əkdi (YENİLƏNİB/FOTO)
-
14:31Yunis Səfərovun cinayət işi məhkəməyə göndərildi
-
13:39Şənbə günü hava necə olacaq?
-
12:28Sabah MSK-nın Milli Məclisə növbədənkənar seçkilərlə bağlı iclası keçiriləcək
-
11:17Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri keçiriləcək
-
11:14Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı
-
10:49Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı qərar
-
10:22Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün ölkədə 650 min ağac əkiləcək
-
18:30Prezident Şamaxıda səfərdədir (FOTO)
-
16:39Növbədənkənar parlament seçkilərinin vaxtı bilindi (SƏRƏNCAM)
-
16:27Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
-
15:58Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatıb - FAKTİKİ HAVA
-
14:24ATƏT sədrindən Qarabağda müharibə anonsu: "Təhlükə hələ də var"
-
13:52Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
13:47Azərbaycan Rusiyaya turist səfərlərinə görə TOP-5-də yer alıb
-
13:45DİM sədri: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"
-
12:53Sabahın hava proqnozu açıqlandı
-
12:03Azərbaycanlı qadın İsveçdə deputat oldu (FOTOLAR)
-
11:22Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxladı (VİDEO)
-
11:11Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyuldu
-
10:40Mədət Quliyev generala vəzifə verdi
-
10:38Yeni icra başçısından təyinat (FOTO)
-
10:35Azərbaycan nefti kəskin bahalaşdı
-
18:41Hərbi qulluqçumuz vəfat etdi
-
16:45İlham Əliyev yeni icra başçılarını qəbul etdi (FOTO)
-
16:17Mehriban Əliyeva Xalq artistinin evində qonaq olub (FOTOLAR)
07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019
Digər xəbərlər
-
İqtisadiyyat
Azərbaycanda səs-küyün, titrəyişin çox olduğu şəraitdə işləyənlərin sayı çoxalıb
-
İqtisadiyyat
Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
İqtisadiyyat
Azərbaycan Rusiyaya turist səfərlərinə görə TOP-5-də yer alıb
-
İqtisadiyyat
Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyuldu
-
İqtisadiyyat
Azərbaycan nefti kəskin bahalaşdı
-
İqtisadiyyat
Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı (R)
-
İqtisadiyyat, Qaynari.nfo
Pensiya və maaşlar artacaq - BU TARİXDƏN
-
İqtisadiyyat
NEQSOL Holdinq Vodafone Ukrayna şirkətini aldı (RƏSMİ)
-
İqtisadiyyat, Fotolar
Azercell – gələcək texnologiyalar dünyasında sizin bələdçiniz