Vətəndaş: "Quba Rayon İcra Hakimiyyəti məhkəmənin qərarını icra etmir"

20 Noyabr 2019, 12:55
20 Noyabr
2019
12:55
168
"Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olsa da, Quba Rayon İcra Hakimiyyəti icra etmir".
Bunu "Report"a açıqlamasında Quba rayon sakini Təhməzov Elşad Əli oğlu bildirib.
Şikayətçinin sözlərinə görə, o, Quba rayonu İsnovqışlaq kəndində yerləşən özünə məxsus kommersiya obyektinin istismara qəbul aktının verilməsi öhdəliyinin Quba Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Quba rayonunun İsnovqışlaq kəndində yerləşən iddiaçıya məxsus kommersiya obyektinin istismara qəbul aktının verilməsi öhdəliyi Quba Rayon İcra Hakmiyyətinin üzərinə qoyulub.
Məhkəmənin qəbul etdiyi həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 10 oktyabr 2019-cu il tarixli, iş №2-1(85)-1193/2019 saylı məktubla icra olunması üçün Quba Rayon İcra Hakimiyyətinə göndərilib:
"Lakin artıq uzun müddət keçməsinə baxmayaraq, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış qərarın icrası Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən "bizə aydın olmayan səbəblərdən” məqsədyönlü şəkildə uzadılır və qəsdən icra olunmur. Bununla bağlı nümayəndəm tərəfindən Quba Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Abdullayev Qəmbər Eldar oğlu ilə gorüşərək məsələni ətraflı müzakirə edib, həmin qeyri-yaşayış sahəsi ilə bağlı bütün hüquq müəyyənedici sənədlər Hüquq şöbəsinə təqdim edilib. Həmçinin Qənbər Abdullayevin tövsiyəsi ilə nümayəndə tərəfindən icra hakimiyyətinin Memarliq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) Kərimov Hidayət Vilayət oğlu ilə görüşüb. Ona da tələb edilən zəruri sənədlər təqdim edilib. Ancaq hər dəfə "bununla bağlı icra hakimiyyətinin başçısı cənab Əliyev Ziyəddin İsmayıl oğluna məruzə olunacaq, başçının birinci müavini Xudaverdiyev Allahverdi Allahqulu oğlu ilə məsləhətləşmələr aparılacaq” deyilərək müxtəlif vədlər verilsə də, nədənsə icra hakimiyyətinin vəzifəli şəxsləri problemin həllində heç də maraqlı görünmür. Bu günə qədər də qanuni qüvvəsini almış məhkəmə qərarı icra olunmadan qalır" - şikayətçi bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qaninvericilik aktlarına əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, qanuni qüvvəyə mindikdən onların icrası bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
Qanunvericiliyin bu tələbini yerinə yetirməyənlərə qarşı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub.
"Report" məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.
www.ann.az
Xəbər lenti
-
10:23Qusarda "RUS AZERİ SPİRİTS” zavodu açıldı (FOTOLAR)
-
14:46MSK seçkilərlə bağlı qərar verdi: Təşviqat nə vaxt başlayacaq? (YENİLƏNİB)
-
13:09Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq
-
13:04"Azercell" ilə Nəsimi irsindən zövq al
-
12:47Məzahir Pənahov: "Bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi..."
-
10:37İcra Hakimiyyətində yeni təyinat
-
09:59Yevda Abramovun dəfn ediləcəyi yer açıqlandı
-
09:56Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
-
19:56Könüllülər üçün konsert keçirildi (FOTO)
-
16:58İstirahət günlərinin hava proqnozu
-
15:37Prezident və birinci xanım Şamaxıda ağac əkdi (YENİLƏNİB/FOTO)
-
14:31Yunis Səfərovun cinayət işi məhkəməyə göndərildi
-
13:39Şənbə günü hava necə olacaq?
-
12:28Sabah MSK-nın Milli Məclisə növbədənkənar seçkilərlə bağlı iclası keçiriləcək
-
11:17Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri keçiriləcək
-
11:14Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı
-
10:49Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı qərar
-
10:22Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün ölkədə 650 min ağac əkiləcək
-
18:30Prezident Şamaxıda səfərdədir (FOTO)
-
16:39Növbədənkənar parlament seçkilərinin vaxtı bilindi (SƏRƏNCAM)
-
16:27Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
-
15:58Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatıb - FAKTİKİ HAVA
-
14:24ATƏT sədrindən Qarabağda müharibə anonsu: "Təhlükə hələ də var"
-
13:52Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
13:47Azərbaycan Rusiyaya turist səfərlərinə görə TOP-5-də yer alıb
-
13:45DİM sədri: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"
-
12:53Sabahın hava proqnozu açıqlandı
-
12:03Azərbaycanlı qadın İsveçdə deputat oldu (FOTOLAR)
-
11:22Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxladı (VİDEO)
-
11:11Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyuldu
-
10:40Mədət Quliyev generala vəzifə verdi
-
10:38Yeni icra başçısından təyinat (FOTO)
-
10:35Azərbaycan nefti kəskin bahalaşdı
-
18:41Hərbi qulluqçumuz vəfat etdi
-
16:45İlham Əliyev yeni icra başçılarını qəbul etdi (FOTO)
-
16:17Mehriban Əliyeva Xalq artistinin evində qonaq olub (FOTOLAR)
-
15:33Prezident icra başçısını işdən çıxardı: Yeni təyinatlar (SƏRƏNCAM)
-
15:01Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı (R)
-
13:54Konstitusiya Məhkəməsi parlamentin buraxılması ilə bağlı qərar verdi
-
13:47Müdafiə Nazirliyi Göyçaya düşən şarla bağlı açıqlama yaydı
-
13:08Sabah hava necə olacaq?
07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019
Digər xəbərlər
-
Cəmiyyət
Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq
-
Cəmiyyət
"Azercell" ilə Nəsimi irsindən zövq al
-
Cəmiyyət, Qaynari.nfo
İcra Hakimiyyətində yeni təyinat
-
Cəmiyyət, Qaynari.nfo
Yevda Abramovun dəfn ediləcəyi yer açıqlandı
-
Cəmiyyət
Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
-
Cəmiyyət
Könüllülər üçün konsert keçirildi (FOTO)
-
Cəmiyyət
İstirahət günlərinin hava proqnozu
-
Cəmiyyət, Manşet, Fotolar
Prezident və birinci xanım Şamaxıda ağac əkdi (YENİLƏNİB/FOTO)
-
Cəmiyyət
Yunis Səfərovun cinayət işi məhkəməyə göndərildi