Vətən müharibəsində yaralanmış neçə nəfərə əlillik verilib?

Vətən müharibəsində yaralanmış neçə nəfərə əlillik verilib?
"Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olanlardan, müharibə əlillərindən ibarət 4600 nəfərə reabilitasiya xidmətləri göstərilib".

Ann.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.

O bildirib ki, Vətən müharibəsində yaralanmış hərbi qulluqçulardan artıq 1750-nə əlillik təyinatı aparılıb: "Müasir tələblərə uyğun reabilitasiya sistemi qazilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm rol oynayır. Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 1500 qaziyə xidmət göstərilib. Artıq 140 hərbçi son nəsil protezlə təmin edilib. Yuxarı ətrafları amputasiya olunmuş 29 qazidən də İslandiyanın ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə müvafiq ölçülər götürülüb və bu aydan yüksək texnologiyalı protezlərlə təminatı prosesinə başlanılacaq".

Onun sözlərinə görə, postmüharibə dövründə əlavə olaraq 814 müharibə əlili 7706 reabilitasiya vasitəsi ilə təmin edilib: "Reabilitasiya mərkəzində 1000 qazi və şəhid ailəsi üzvlərinə psixoloji seanslar həyata keçirilib”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti