Uşaqlarını satan ana - Fotolar

Uşaqlarını satan ana - Fotolar
Bəzən yerində çəkilən bir foto ən dəhşətli müharibənin ağrı-acılarını belə, özündə əks etdirir. Müharibənin dəhşətlərini göstərmək üçün  döyüş meydanlarını, qanlı səngərləri əks etdirən foto yox, müharibənin mənən sındırdığı insan mənzərələrinin təsviri daha sarsıdıcıdır.
 
ANN.Az Modern.az-a istinadən II Dünya Müharibəsinin ağrı-acılarını özündə tam qüvvəsi ilə əks etdirən iki fotonu  təqdim edir:

Birinci foto... Müharibə bitib. Amma özünün varisi olan iqtisadi böhran və aclığı xatirə kimi dünya əhalisi üçün saxlayıb. 1948-ci ilin Çikaqosu. Aclıq səbəbindən ana özünün dörd azyaşlı övladını satışa çıxarır. Qəzetlərin biri gizlincə tarixin qara üzü olan bu mənzərəni çəkə bilir. Fotoda ən təsirli məqam odur ki, övladlarını satışa çıxaran ana utandığından nə uşaqlarının, nə də insanların üzünə baxa bilmir.   

İkinci foto...  Burada da müharibə təzə bitib.1945-ci ildir. Amma təsirləri insanları tərk etmir. Vyana küçələrinin saysız yetim uşaqları internatların ümidinə qalır. Onların yeganə məqsədləri qarınlarını doyurmaq və isti paltar geyinməkdir. Altı yaşlı oğlan uşağı humanitar yardım kimi ona verilən təzə ayaqqabıları sevinərək bağrına basır. Bu əslində müharibəni lənətləməkdən başqa bir şey deyildi...  



Tərəfdaşların xəbərləri

Xəbər lenti