Unibank-da pul köçürmələrinin həcmi artıb

Unibank-da pul köçürmələrinin həcmi artıb

İlin əvvəlindən indiyədək Unibank-da pul köçürmələrinin həcmi 52%-ə yaxın artıb. Ötən dövrdə  Unibank-da ən çox pul köçürmələri  “Zolotaya Korona”, “Contact”  və   “Monex” təcili pulköçürmə xidmətləri  vasitəsilə aparılıb.  

Dünyanın ən məhşur və etibarlı pul köçürmə sistemlərinə qoşulan Unibank, 11 pulköçürmə sistemi vasitəsi ilə müştərilərinə xidmət göstərməkdədir. Bank hazırda geniş xidmət şəbəkəsinə malik “Contact, “Western Union”"Faster" , "Xpress Money", "Migom", “LİDER”, “Zolotaya korona”, "BLİZKO", “Coinstar”, “ PrivatMoney”  təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərir. Yerli “Monex” təcili pul köçürmə sisteminə qoşulmaqla, Unibank ölkədaxili pul köçürmələrini müştəriləri üçün daha rahat edib. 

Beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlığını ildən-ilə genişləndirən Unibank, pul köçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bankın yeni və əvvəlki tərəfdaşı olan sistemlər dünyanın 190 ölkəsindən çoxunda fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq 0,2%-dən başlayan tariflərlə həyata keçirməyə imkan verir.

Unibank-ın məhsul və xidmətləri haqda  daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud  Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar. 

ANN.Az

Xəbər lenti