Ukraynalı futbolçu Müslüm Maqomayevin mahnısını oxudu (VİDEO)

Ukraynalı futbolçu Müslüm Maqomayevin mahnısını oxudu (VİDEO)
Ukrayna milli komandasının və Donetsk "Şaxtyor"unun futbolçusu Sergey Krivtsov Azərbaycanın əfsanəvi müğənnisi və bəstəkarı Müslüm Maqomayevin "Mavi əbədiyyət" ("Sinyaya veçnost") mahnısını ifa edib.

27 yaşlı müdafiəçi məşhur musiqini yığmanın UEFA Millətlər Liqasında qrup qalibi adını vaxtından əvvəl qazanaraq, elit diviziona və "play-off"a vəsiqə qazanması şərəfinə səsləndirib.

Bu münasibətlə təşkil olunmuş gecədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko və baş məşqçi Andrey Şevçenko da iştirak edib. Krivtsovun komandaya dəstək məqsədilə oxuduğu mahnı gur alqışlarla qarşılanıb.

Qeyd edək ki, Ukrayna yığması Millətlər Liqasında son matçını noyabrın 16-da Slovakiyaya qarşı keçirəcək. Noyabrın 20-də isə Türkiyə ilə yoldaşlıq görüşü nəzərdə tutulub. (report)

www.ann.az

Xəbər lenti