Ukrayna XİN: "Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmişik"

Ukrayna XİN:
Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə davam etdiyini açıqlayıb.

"MediaPost" xəbər verir ki, o bu barədə keçirilən onlayn mətbuat konfransındakı çıxışında bildirib. 

O, açıqlamasında "biz də Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmişik və bu prinsip bizim üçün heç vaxt dəyişməyib. Qafqazda gərginliyin azaldılması və qan tökülməsinin qarşısının alınması üçün səy göstərmək lazımdır" - deyə qeyd edib.

Nazir Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla telefon əlaqəsi saxladığını söyləyib:

"Bizim mövqeyimiz olduqca dəqiqdir. Müharibə hər zaman ağrı, ölüm və dağıntı gətirir. Hazırda baş verənlərdən dolayı olduqca təəssüf hissi keçiririk". 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti